RU

“Tarixdə bu gün” - 16 dekabr...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

16 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

16 yanvar Ümumdünya “Bitlz” Günüdür:

 

1957-ci il yanvarın 16-da Liverpulda Böyük Britaniyanın əfsanəvi “Bitlz” (The Beatles) rok qrupunun ilk dəfə çıxış etdiyi “Cavern” klubunun açılışı olmuşdur. Məhz həmin gün “Bitlz” pərəstişkarları üçün əsas bayram hesab olunur. YUNESKO-nun qərarı ilə 2001-ci ildən yanvarın 16-sı Ümumdünya “Bitlz” Günü kimi qeyd olunur.

 

16 yanvar 1924-cü ildə Azərbaycanda kibernetika və hesablama texnikası sahəsində görkəmli mütəxəssis Böyükağa Əzimov 1924-cü ildə anadan olub:

 

1951-ci ildən neftçıxarma sahəsində elektron hesablama maşınlarının tətbiqi laboratoriyasına başçılıq edən alim 1961-1966-cı illərdə Azərbaycan Respublikası Nazirlər Sovetində elmi-tədqiqat işləri üzrə əlaqələndirmə komitəsinin sədri, “Texniki tərəqqi uğrunda” jurnalının baş redaktoru olub. 

 

16 yanvar 1944-cü ildə ədəbiyyatşünas, türkoloq, ictimai xadim Aydın Məmmədov dünyaya gəlib:

 

O, Ali Sovetin deputatı olub. Deputat həmkarı Dilarə Əliyeva ilə birlikdə Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.

 

16 yanvar 1804-cü ildə məşhur ixtiraçı, fransız kimyaçısı və fiziki Cozef Lui Qey-Lüssak (Jozeph) hidrogenli şar balonu içində 7016 metr yüksəkliyə qalxdı:

 

Bu rekord 50 il boyu təkrarlanmadı. 

Избранный
14
azedu.az

1Источники