RU

Bayden prezidentlərin cəza məsuliyyətindən toxunulmazlığının ləğvini təklif edib

ABŞ Prezidenti Co Bayden dövlət başçısının vəzifəsini icra edərkən törətdiyi cinayətlərə görə toxunulmazlığının ləğvi məqsədilə Konstitusiyaya dəyişikliklər olunmasının zəruri olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti vida müraciətində danışıb.

"Biz Konstitusiyaya dəyişiklik etməliyik ki, aydın olsun: heç bir prezident, heç bir şəxs vəzifə başında olduğu müddətdə törətdiyi cinayətlərə görə məsuliyyətdən qorunmasın", - o vurğulayıb.

Həmçinin, o, siyasətdə korrupsiyaya qarşı mübarizənin vacibliyini qeyd edib. "Biz seçki kampaniyalarının gizli maliyyələşməsindən qurtulmalıyıq", - Prezident əlavə edib.

Избранный
11
3
ikisahil.az

10Источники