RU

Stefano Volpetti: “Strateji düşüncəmiz siqaret çəkən insanların sağlamlığına dəyən zərəri azaltmaq və onları daha az zərərli alternativlərə yönəltməkdir” - MÜSAHİBƏ

Dünyada təxminən 1 milyarddan çox insan siqaret çəkir. Lakin ölkələr tərəfindən fəal şəkildə aparılan maarifləndirmə işlərinə baxmayaraq, siqaret çəkənlərin sayında azalma müşahidə olunmur. Bəzən ölkələr bununla bağlı tənzimləyici və qadağanedici tədbirlər görsə də nəticə dəyişmir. Mütəxəssislər gələcəkdə siqaret çəkənlərin sayında kəskin azalmanın olacağını da proqnozlaşdırmırlar.  Nəticə etibarı ilə bu, maarifləndirmə və digər işlərin effektiv olmadığını göstərir. Lakin elmi və innovativ yanaşmalar siqaretçəkmə problemində indiyədək görülən tədbirlərdən daha səmərəli olacaq, siqaretdən ölüm hallarının dəfələrlə azalmasına gətirib çıxaracaq. Bu isə yalnız siqaret çəkənlərin alternativ tüstüsüz tütün məhsullarına keçidi nəticəsində baş verə bilər.

Bu haqda daha maraqlı məlumatlarla "Philip Morris International” (PMI) şirkətinin tüstüsüz inhalyasiya məhsulları üzrə prezidenti Stefano Volpettinin müsahibəsində tanış ola bilərsiniz. 

FED.AZ biznes xəbər portalı Stefano Volpettinin müsabəsini təqdim edir:

Cənab Volpetti, rəsmi statistik məlumatlara görə, dünyada təxminən 1,2 milyarda yaxın insan siqaret çəkir. Siqaretdən ölənlərin sayı da az deyil və bu statistika günü-gündən artır. Maarifləndirmə işlərini hansı təsiredici formada aparmaq lazımdır ki, bu statistik göstəricisi azalsın?

Təbii ki, bu məsələdə bizim mövqeyimiz tam aydın və başa düşüləndir. Bizim şüarımızda da qeyd edilir ki, əgər siz siqaret çəkmirsinizsə, başlamayın, əgər çəkirsinizsə, tərgitin, tərgitmirsinizsə , o zaman daha az riskli məhsullara keçin. Elmi cəhətdən sübut olunub ki, tüstüsüz tütün məhsulları siqaretlərlə müqayisədə daha az zərərlidir. Ümumiyyətlə, bildirmək istəyirəm ki, biz 3 növ tüstüsüz məhsul təqdim edirik. Bura qızdırılan tütün məhsulları, ağız yolu ilə qəbul edilən nikotin məhsulları və elektron buxar məhsulları daxildir. Bu kateqoriyalara aid olan məhsulların ən başlıca xüsusiyyəti onların yanmamasıdır. Qeyd etdiyimiz məhsullarda əsas xüsusiyyətlərdən biri yanma  prosesinin olmamasıdır. Yanma olmadığına görə insan orqanizmi üçün zərərli olan maddələrin azı 95%-nə qədəri aradan qalxır. Yəni ən son texnologiyalarla hazırlanan məhsullar həmin zərəri insan bədəninə ötürməyə imkan vermir.

Bu məhsulların ikinci xüsusiyyəti isə odur ki, onlar siqaretdən imtina etməyən şəxslərə tüstüsüz alternativlərə keçirməyə imkan və şərait yaradır. Bu isə öz növbəsində siqaret çəkən insanları siqaretdə olan zərərli maddələrin böyük əksəriyyətini qəbul etməsindən azad edir.  

İsveç təcrübəsinə nəzər salsaq görərik ki, bu dövlət hələ 2000-ci illərin əvvəllərində sözügedən məhsulların istifadəsinə icazə verdi və nəticədə əhali arasında siqaret çəkənlərin sayı ciddi şəkildə azaldı. Yaponiya təcrübəsi də maraqlıdır. 2014-cü ildə bizim Yaponiyada tüstüsüz məhsullarımızın satışının başlaması nəticəsində 2024-cü ildə, yəni 10 il müddətində 10 milyon insan siqaretdən imtina edərək alternativ məhsullardan istifadə etməyə başlayıb. Həmçinin, sözügedən ölkədə 10 ildən də az müddətdə siqaret çəkənlərin xüsusi çəkisi 19.6 faizdən 10.6 faizə enib.

Hazırda Yaponiyada əhalinin 35%-i tüstüsüz tütün məhsullarından istifadə edir. Bu göstəricinin 27 faizini PMI-nin məhsulları, 8 faizini isə digər məhsullar təşkil edir. Dünya üzrə istifadə olunan qızıdırılan tütün məhsullarında PMI-ın payı 75 faizdir, qalan 25 faiz isə digər şirkətlərin payına düşür.     

Dövlətlər siqaretin istehsalı və ya satışı ilə bağlı hər hansı bir qadağanedici tədbirlər görə bilərmi, görüldüyü halda bunun effektivliyi necə olar?

Birmənalı olaraq, bildirmək istəyirəm ki, ümumiyyətlə qadağan etmə çıxış yolu deyil. Əgər istehlakçı tərəfindən tələbat varsa, onları istənilən yerdən əldə edəcək. Tarixə nəzər yetirdikdə görürük ki, hətta qədimdə dövlətlər bizim şüarların ilk iki sətrini tətbiq ediblər: Çəkmirisinizə, çəkməyin! Çəkirsinizsə, tərgitin!

Ümumiyyətlə, indiyədək bəzi dövlətlər bu sahədə müxtəlif qadağalardan istifadə ediblər. Bu qadağalar, o cümlədən yaş məhdudiyyəti və ümumi qadağalar əks effekt verdi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı hesabatdan məlum oldu ki, qadağaların nəticəsi olaraq siqaret çəkənlərin sayı daha da artıb. Bir məqamı vurğulamaq istəyirəm ki, hansı ölkələrdə siqaretə alternativ olaraq tüstüsüz məhsullar qadağan edilib, həmin ölkələrdə siqaret çəkənlərin sayı – bu sahədə istehlakçılar daha da artıb. Türkiyə və Hindistanı misal çəkə bilərəm ki, bu ölkələrdə tüstüsüz məhsullara qadağalar olduğu üçün hər iki ölkədə siqaret istehlakı artır. Lakin tüstüsüz tütün məhsullarından istifadəyə icazə verən ölkələrdə - İtaliya, Almaniya Yaponiya, Koreya və Misirdə siqaret istehlakı azalıb, alternativ məhsullardan istifadə edənlərin sayı isə artıb.               

Bildiyimiz kimi nikotindən tamamilə imtina mümkün deyil. Lakin alternativ təklif kimi tüstüsüz məhsullar da təklif edilir. Bu məhsulların üstünlüyü nədir?

Bizim təqdim etdiyimiz tüstüsüz alternativ məhsulların heç birində tütün yanmır. Nikotin adektivdir, insanda asılılıq yaradır, lakin bu siqaret çəkmə nəticəsində yaranan xəstəliklərin əsas səbəbi deyil. Nikotin öz-özlüyündə xərçəng yaratmır, asılılıq yaradır və yalnız həddi-buluğa çatmış şəxslər üçün nəzərdə tutulub. Hamıya məlumdur ki, dərman istehsalı sənayesində bəzi dərman preparatları var ki, onlar nikotin tərkiblidir.

Məhz buna görə də, tüstüsüz tütün məhsullarının üstünlüyü ondadır ki, siqaretlərlə müqayisədə bu məhsullarda zərərli təsiredici maddələrin miqdarı 95% daha azdır.   

Cənab Volpetti, PMI-nin bu məhsullardan indiyədək və növbəti illərdə əldə edəcəyi gəlirləri barədə bilmək istərdik    

Bildirim ki, 2014-cü ildə yəni 10 il bundan qabaq ümumi gəlirlərimizdə tüstüsüz tütün məmulatlarının xüsusi çəkisi sıfıra bərabər idi. Hazırda isə gəlirlərin 38 faizdən çox hissəsi tüstüsüz tütün məmulatları təşkil edir. Qarşımıza qoyduğumuz məqsəd odur ki, 2030-cu ilədək gəlirlərimizin 66 faizindən çoxunu tüstüsüz tütün məhsullarından əldə edək. Bu göstərici ondan irəli gəlir ki, 25 ölkədə bizim gəlirlərimizin 50 faizindən çoxu bu məhsullardan əldə olunur. Bəzi ölkələrdə bu göstərici hətta 70%-dən çoxdur.            

Tütünsüz tütün məhsullarından daha çox hansı ölkələrdə istifadə olunur? Bu məhsulların tətbiqi nəticəsi olaraq, hansı ölkələri uğurlu strategiyanız kimi qeyd etmək olar?

Maraqlı sualdır. Bizim bu sahədə, yəni siqaret çəkənlərin sayının azaldılması, alternativlərdən istifadə etmələri üçün bir çox irəliləyiş əldə etdiyimiz və uğurlar qazandığımız ölkələr var. Bunlar Asiyanın iki böyük və inkişaf etmiş ölkəsi olan Yaponiya və Cənubi Koreyadır. Bu uğurların başlıca olaraq iki səbəbi var ki, bunlardan birincisi PMI məhsullarının bu ölkələrdə satışının daha erkən başlaması ilə bağlıdır.

İkinci səbəb isə həmin ölkələrdə qanunvericiliklə bu məhsulların satışına icazənin verilməsidir. Müvafiq qanunvericilik həddi-buluğa çatan, siqaret çəkən insanlara bu məhsullara əlçatanlığın təmin edilməsinə şərait yaradıb.  

Bundan başqa, biz eyni zamanda digər ölkələrdə də bu istiqamətdə müəyyən irəliləyişlər əldə etmişik.

Bu ölkələrdən əlavə uğurlu strategiyamız kimi İsveçi də əlavə edə bilərəm.  Məlumat üçün qeyd edim ki, İsveç əhalisi dünyada siqaretdən ən az istifadə edən ölkədir.   

Bunun da başlıca səbəbi həmin ölkələrin səhiyyə qurumları tərəfindən 2002-ci ildə tüstüsüz tütün məmulatlarının istifadəsinə icazələrin verilməsi ilə bağlıdır. Səhiyyə qurumlarının bu sahədə atdığı düzgün addımlar, 22 illik bir işin nəticəsi olaraq ortaya müsbət mənada ciddi rəqəmlər çıxarıb.            

Məlumdur ki, tüstüsüz məhsulların təbii ki, siqaretlərə nisbətən zərəri azdır. Amma müəyyən qədər olsa belə tüstüsüz məhsulların da insan orqanizmi üçün zərəri var. Bu zərərin tamamilə azaldılması üçün gələcəkdə hansı yeni texnoloji innovasiyaların tətbiqinə ehtiyac var?

PMI-nin bazara təqdim etdiyi məhsullar aerozolda tütün tüstüsü ilə müqayisədə zərərli maddələri 95-98 faizə qədər azaldır, belə ki, bizim məhsullarda yanma prosesi  olmur.

Hazırda bizim əsas strateji düşüncəmiz siqaret çəkən insanları tüstüsüz tütün məmulatlarından istifadəyə yönəltməkdir. Çünki biz bu strateji plan və düşüncəmizlə insanları siqaretdə olan zərərli maddələrinin böyük əksəriyyətini qəbul etməsindən azad edə bilərik. Əgər biz hansısa olkədə siqaret çəkən insanlara bu məhsulları təklif ediriksə, deməli onların sağlamlığına dəymiz zərəri azaltmaqla yanaşı, insanların sağlamlığı üçün böyük töhfə vermiş oluruq.

[red]Stefano[red]Stefano[red]Stefano[red]Stefano
Избранный
7
fed.az

1Источники