Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfdaşları ilə birlikdə Qəzza zolağına tibbi dəstəyi genişləndirməyə hazırdır.Missiya.Az xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkəsində yazıb.
"Qəzza zolağında səhiyyə ehtiyacları böyük olaraq qalır. ÜST tərəfdaşları ilə birlikdə (regiona - red.) dəstəyini artırmağa hazırdır", - paylaşımda qeyd olunub.
Qebreyesus həmçinin İsrail-HƏMAS razılaşmasına əməl ediləcəyinə və tərəflərin münaqişənin uzunmüddətli həlli istiqamətində çalışacaqlarına ümid etdiyini bildirib.
Qeyd edək ki, ötən gün Qəzza zolağında atəşkəs razılaşması əldə olunub. Razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.
Zərintac MayisqızıMissiya.Az