RU

Bakıda bu məktəbdə kütləvi xəstəlik yayılıb? - 25 şagirddən 20-si... - RƏSMİ

“Müəllim xəbər edib, gedib uşağı məktəbdən götürmüşük. 25 nəfərlik sinifdə 20 nəfər xəstədir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri övladı 151 nömrəli məktəbdə təhsil alan valideynlərdən biri yazıb.

Onun iddiasına görə, uşağı məktəbə sağlam göndərirsən, xəstələnib göndərirlər evə.

O, məktəbin bağlanmasını istəyərək qeyd edib ki, bu zaman uşaq da sağlam olacaq.

Əməkdaşımız məsələ ilə bağlı 151 nömrəli məktəblə əlaqə saxlayıb.

Sözügedən məktəbdən Bakıvaxtı.az-a bildirilib ki, təhsil müəssisəsində belə bir hal mövcud deyil.

“Düzdür, bəzi siniflərdə xəstələnən uşaqlar var. Amma 2-3 nəfərdir”.

“Valideynin iddia etdiyi kimi, 20 şagirdin xəstə olduğu sinif yoxdur”,- deyə məktəbdən qeyd olunub.

Mina Mikayılova

 

Избранный
9
bakivaxti.az

1Источники