Ötən il Azərbaycanda istehsal olunan elektrik enerjisinin həcmi məlum olub.
FED.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
"2024-cü ilin yanvar - dekabr aylarında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 28 394,1 mln. kVt·st, ixracı 1 397,5 mln. kVt·st, idxalı 170,5 mln. kVt·st olub.
2023-cü illə müqayisədə, elektrik enerjisinin istehsalı su elektrik stansiyalarında 1 247,8 mln. kVt·st, günəş elektrik stansiyalarında isə 476,9 mln. kVt·st artıb.
Bu dövrdə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı təxminən 14% olub", - deyə paylaşımda qeyd olunub.