"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,22 ABŞ dolları, yaxud 1,46 % artaraq 84,78 ABŞ dolları təşkil edib.
Teleqraf.com xəbər verir ki, Azərbaycannneftinin əvvəlki qiyməti 83,56 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Müəllif: Bəkir Nərimanoğlu