RU

"Bank of Baku" 2024-cü ildə 26 milyon manat xalis mənfəət əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aparıcı banklarından olan "Bank of Baku" 2024-cü ildə 25 milyon 930 min manat xalis mənfəət əldə edib. 

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə Bankın aktivlərinin həcmi 934 milyon 273 min manat olub ki, bu da illik müqayisədə 63 milyon 384 min manat və ya 7,3% çoxdur. 

Hesabat dövrünə Bankın kredit portfelinin həcmi 760 milyon 424 min manat, depozit portfelinin həcmi isə 592 milyon 514 min manat olub. Bunlar 2023-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 101 milyon 381 min manat (15,4%) və 76 milyon 747 min manat (14,9%) çoxdur.  

Hesabat dövründə bankın faiz gəlirlərinin məbləği illik müqayisədə 24 milyon 368 min manat (19%) artaraq 152 milyon 659 min manata, faiz xərclərinin həcmi isə 13 milyon 588 min manat (33%) artaraq 54 milyon 614 min manata yüksəlib. 

31 dekabr 2024-cü il tarixinə bankın məcmu kapitalı 151 milyon 103 min manat təşkil edib ki, bu da Mərkəzi Bankın məcmu kapital tələbini (50 milyon manat) 3 dəfə üstələyir. 

Ən sərfəli kredit üçün müraciət et

Избранный
13
banco.az

1Источники