RU

BMT Təhlükəsizlik Şurası bu gün Ukraynadakı vəziyyəti müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə etmək üçün bu gün toplaşacaq.

Missiya.Az xəbər verir ki, toplantı Sloveniya və ABŞ-nin xahişi ilə keçiriləcək.

Bildirilib ki, toplantıda Ukraynanın sülh və təhlükəsizliyinin qorunması məsələsi müzakirə ediləcək.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı əvvəlki iclası 2024-cü il dekabrın 16-da keçirilib.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
6
missiya.az

1Источники