Niderlandın İctimai Səhiyyə İnstitutu (RIVM) bildirir ki, Albert Heijn supermarket şəbəkəsinin öz brendi olan dondurulmuş qaragilə məhsulundan istifadə etdikdən sonra ən azı 12 nəfər hepatit A virusuna yoluxub.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, bu infeksiyalardan iki hal o qədər ağır olub ki, xəstələr xəstəxanaya yerləşdirilib. RIVM bir neçə yüz insanın yoluxacağını gözləsə də, yüngül simptomlar səbəbindən bir çoxunun xəstəliyin fərqində olmayacağını vurğulayıb.
Albert Heijn artıq 14 aprel 2026-cı il tarixinə qədər istifadə müddəti olan qeyri-üzvi giləmeyvə məhsullarını geri çağırıb və istehlakın insanları xəstələdə biləcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Müştərilərə qaragilələri qaytarmaları barədə çağırış edilib və alınan məhsulun dəyərinə görə kompensasiya vəd olunub.
"Məhsul hepatit A ilə yoluxmuş ola bilər. Onun istehlakı sağlamlıq problemlərinə gətirib çıxara bilər", - deyə "Albert Heijn"in saytındakı açıqlamada qeyd edilib.
Fidan
Milli.Az