RU

Robert De Niro bir filmdə iki mafiya başçısını canlandırır

Yazını böyüt
Yazını kiçilt

“Warner Bros” iki baş rolda Robert De Nironun çəkildiyi “Alto Knights” mafiya dramının ilk treylerini yayımlayıb.

Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, rejissoru Barri Levinson olan “Alto Knights” 20-ci əsrin ortalarında iki ayrı cinayətkar ailəsini idarə edən Vito Genovese və Frank Kostellonun əsl hekayəsindən bəhs edir.

Filmdə hər iki obrazı 81 yaşlı ustad aktyor De Niro canlandırır.

Genovese 1957-ci ildə Kostelloya uğursuz sui-qəsd cəhdi edib. Kostello da bu cəhddə yaralandıqdan sonra mafiyadan ayrılıb.

Filmin ssenarisini 1990-cı ildə Martin Skorsesenin klassik “Goodfellas” filmi ilə tanınan Oskar namizədi Nikolas Pileqqi yazıb.

Layihə uzun illərdən sonra De Niro və Levinsonu yenidən birləşdirir.

İkili daha əvvəl “The Wizard of Lies”, 2008-ci ildə çəkilmiş “What Just Happened”, “Wag the Dog” ve “Sleepers”də birlikdə çalışmışdı.

“Will & Grace” filminin baş rolunda Debra Messinq, mükafata layiq görülən “Shogun”da Con Blektornu canlandıran Kosmo Jarvis və Skorsesenin “The Irishman” filmində De Niro ilə birlikdə rol alan Ketrin Narduççi filmin aktyor heyətinin tanınmış simalarındandır.

2023-cü ilin mart ayında Levinson “Alto Knights” hekayəsini "ən yaxşı dostlar ölümcül düşmənlərə çevrildi" kimi təsvir edib.

82 yaşlı rejissor De Nironun qonaq olduğu “The Adam Jones Podcast” filmindəki ikili rolu haqqında bunları deyib: “Bu inanılmazdır, o, belə heyrətamiz aktyordur. Sözün əsl mənasında iki fərqli insan, iki fərqli aktyorla işləyirdim”.

Избранный
12
hafta.az

1Источники