RU

Bayden Putinlə razılaşmamaqla səhv etdi -"American Conservative"

ABŞ prezidenti postunu tərk edən Cozef Bayden Ukraynada döyüşlər başlamamışdan əvvəl Rusiya lideri Vladimir Putinlə razılığa gələ bilməyərək təəssüf doğuran bir səhvə yol verib. Bu fikirlər "American Conservative" nəşrində dərc olunan məqalədəndir. 

Müəllifin fikrincə, Baydenin dövlət başçısı kimi ən pis fəaliyyəti Avropada bölgəsində olub. Məqalədən də göründüyü kimi, dövlət başçısının daha çox təəssüf doğuran səhvləri Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünü təşviq etməsi, eləcə də Moskva ilə Kiyev arasında birbaşa münaqişə başlamazdan əvvəl Vladimir Putinlə danışıqlardan imtina etməsi olub.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Избранный
3
news365.az

1Источники