RU

AZMİU THİK-in üzvü “PASHA Bank” Hackathonunda birinci yerə layiq görülüb



23-25 dekabr tarixlərində keçirilən “PASHA Bank” Hackathonu rəqəmsal həllər sahəsində yenilikçi ideyalarla yadda qalıb.

Newscenter.az təhsil ocağına istinadən bildirir ki, tədbirdə ümumilikdə 447 nəfərdən ibarət 107 komanda iştirak edib, onların arasından yalnız 10 komanda finala yüksəlib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) SABAH qrupları üzrə sədri, Memarlıq fakültəsinin SABAH qruplarının II kurs tələbəsi Murad Əbusətdarın da daxil olduğu ‘‘222Team’’ komandası, hackathonda “Müştəri aktivliyini artıran həllər” kateqoriyasında hazırladıqları layihə ilə birinci yerə layiq görülüb.

Komanda uğurlu çıxışına görə 8000 AZN pul mükafatı qazanıb.

Süleyman
Избранный
4
2
newscenter.az

3Источники