RU

Rusiyanın ehtiyatları 609 milyard dollara düşüb

Rusiyanın beynəlxalq ehtiyatları 2024-cü ilin dekabrında əvvəlki ayla müqayisədə 1,2 faiz azalaraq 609 milyard dollar olub.

Teleqraf.com Rusiya Mərkəzi Bankının açıqladığı məlumatlara istinadən xəbər verir ki, ölkənin beynəlxalq ehtiyatları 2024-cü il dekabrın 1-nə 616,5 milyard dollar təşkil edib.

Beynəlxalq ehtiyatlar Rusiya Mərkəzi Bankı və Rusiya hökuməti tərəfindən idarə olunan valyuta, qızıl və digər ehtiyat aktivlərindən ibarətdir.

Qərb ölkələri Rusiya Mərkəzi Bankının ehtiyatlarının təxminən yarısına çıxışını dondurub.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlarında qızılın payı 2024-cü ilin iyulunda 29,8 faiz artaraq 2000-ci ilin fevralından bəri ən yüksək səviyyəyə çatıb.


Müəllif: Fatimə Bağırova
Избранный
5
2
teleqraf.com

3Источники