Qida məhsullarında lifin olması sağlamlıq üçün ciddi təhlükə törədir. Kif göbələkləri mikotoksin adlanan zəhərli maddələr istehsal edir. Bu maddələr bədənin hüceyrə quruluşunda dəyişikliklərə səbəb ola bilər və xərçəng riskini artıra bilər.Xüsusilə, aflatoksinlər kimi mikotoksinlər qaraciyər xərçənginin yaranması ilə sıx əlaqəlidir. Bu zəhərlər əsasən düzgün saxlanılmayan qoz-fındıq, taxıl, ədviyyat və digər qida məhsullarında əmələ gəlir.Profilaktik Tədbirlər:Qidaları quru və sərin şəraitdə saxlayın.Kifin yaranma ehtimalını azaltmaq üçün rütubət səviyyəsini aşağı səviyyədə saxlayın.Kif əlaməti olan məhsulları istifadə etməyin və dərhal atın.Yetişmiş və ya zədələnmiş qidalara qarşı diqqətli olun.Kiflə çirklənmiş qidaların istehlakı təkcə xərçəng riskini deyil, həmçinin mədə-bağırsaq sistemi ilə bağlı digər problemləri də artırır. Sağlamlığı qorumaq üçün gigiyenik qida vərdişlərinə ciddi əməl etmək tövsiyə olunur.Səidə Mustafa
Diqqət Çəkənlər
«20 milyon insan»: Rada deputatı Zelenskinin planını açıqlayıb
Bayden, vida müraciətində Tramp administrasiyasına uğurlar arzuladığını bildirib
Bakıda Türkdilli Dövlətlər Təşkilatının toplantısı keçirilir