"Ripple" tərəfindən inkişaf etdirilən XRP, son saatlarda 3 dolları keçərək 2018-ci ildən bəri görünməmiş səviyyələrə çatıb.
Donald Trampın qələbəsindən bəri beş dəfədən çox dəyər qazanan XRP, son 24 saat ərzində 30%-dən çox artıb və bu dəqiqələrdə 3,10 dollardan ticarət edilir. XRP, həmçinin 176 milyard dollarlıq bazar dəyəri ilə ən böyük üçüncü kriptovalyuta mövqeyini qoruyur.
XRP-dəki rallini nə dəstəklədi?
Bu yüksəlişi hərəkətə gətirən əsas amillər arasında ABŞ-da kriptovalyuta siyasətlərinin daha dostyana olacağına dair gözləntilər yer alır. "Ripple" və ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası ("SEC") arasındakı hüquqi mübarizə illərdir davam etsə də, XRP-nin bu maneələri aşacağına dair ümidlər güclənib.
"Abra"nın OTC treyderi Dieqo Kardenas (Diego Cardenas) bildirib ki, yüksəliş, "Ripple"ın yeni stabilcoin-i RLUSD-nin bazara çıxarılması, yeni tərəfdaşlıqlar və XRP spot ETF-i ilə bağlı spekulyasiyalarla dəstəklənib.
Bundan əlavə, son iki ay ərzində iri sərmayədarların ("balinalar"ın) XRP toplaması da bu rallini dəstəkləyib. "Santiment" məlumatlarına görə, 1 milyon ilə 10 milyon arasında XRP saxlayan ünvanlar son dövrdə 3,8 milyard dollar dəyərində vəsait toplamışdır.
Aydın