Bakıda yerləşən Keşlə bazarının yaxınlığlındakı evlərin sökülməsi nəzərdə tutulub.
Publika.az xəbər verir ki, bazara yaxın yerləşən bəzi evlərin sahibləri bildiriblər ki, ərazidə ölçü işləri aparılıb. Amma sakinlərə konkret olaraq bununla bağlı hansısa məlumat verilməyib.
Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirildi ki, yeni layihənin rəhbəri Avtomobil Yolları Dövlət Agentliyidir.
Agentlikdən verilən məlumatda isə bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya müvafiq qurum tərəfindən söküntü işlərindən əvvəl həyata keçiriləcək.