RU

Rəsmi Bakıdan Qəzza ilə bağlı razılaşmaya reaksiya

Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in İsrail və HƏMAS arasında əldə olunan atəşkəslə bağlı bəyanatında bildirilib.

"Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əzablara son qoyulacaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - məlumatda qeyd edilib.

Xatırladaq ki, ötən gün İsrail və HƏMAS arasında atəşkəslə bağlı razılıq əldə edilib. Atəşkəsin 19 yanvardan qüvvəyə minəcəyi bildirilir.

Избранный
6
2
axar.az

3Источники