RU

Başqasını torpağını 32,6 minə satan şəxsin cəzası ağırlaşdırıldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən R.Mustafayevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya protesti təmin edilib, Yasamal Rayon Məhkəməsinin hökmü dəyişdirilib, onun əvvəlki cəzaları birləşdirilərək 9 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, R.Mustafayev Sumayıt şəhəri, Corat qəsəbəsi, Corat Bağlar ərazisindəki 0,012 ha və Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,0248 ha torpaq sahələrinə müştəri tapmaq və satılması üçün hazırlıq işləri görməkdən ötrü torpaq sahələrinin mülkiyyətçisindən ona etibarnamə verməsindən istifadə edib.


Belə ki, o, qeyd olunan torpaq sahələrini zərərçəkmiş R.Musayevə satacağına dair yalan vəd verib inandırıb və 2022-ci illərdə Yasamal rayonu ərazisində həmin şəxsdən ümumilikdə 32 650 manat məbləğində dələduzluq edib.


Yasamal Rayon Məhkəməsinin hökmü ilə R.Mustafayev 7 il 11 ay 9 gün müddətə azadlıqdan məhrum edilmişdi.


Qeyd: R.Mustafayev daha əvvəl başqa əməlinə görə həbs olunmuşdu. 

Kamal Məmmədov 

Tarix: 16 Yanvar 2025, 12:23   
Избранный
6
pravda.az

1Источники