RU

Səfir Gürcüstan XİN başçısının Bakıda müzakirə edəcəyi məsələləri açıqlayıb


İlin əvvəlində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin Bakıya ilk rəsmi səfərinin olması vacibdir.


APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze deyib.


Onun sözlərinə görə, bu görüşlər ölkələr arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfə verəcək.


"Azərbaycan Gürcüstan üçün strateji tərəfdaş və dost ölkədir. Ölkələrimiz arasında əlaqələr dinamik şəkildə inkişaf edir. İlin əvvəlində Gürcüstanın xarici işlər naziri xanım Maka Boçorişvilinin Bakı şəhərinə ilk rəsmi səfərinin olması vacibdir. Bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub. İkitərəfli münasibətlərin bütün spektri, o cümlədən siyasi, ticari-iqtisadi, mədəni və humanitar məsələlər müzakirə olunacaq. İnanıram ki, bu görüşlər ölkələr arasında münasibətlərin stimullaşdırılmasına, möhkəmlənməsinə kömək edəcək və təbii ki, yeni mərhələyə yüksəldəcək” - deyə səfir bildirib.

Избранный
4
apa.az

1Источники