RU

"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - Hesabat

"Bank Avrasiya" 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” xəbər verir ki, bank 2024-cü ili 3,93 milyon manat xalis mənfəətlə başa vurub. Bu isə 2023-cü ilə nisbətən 41% və ya 2,69 milyon manat azdır. 2023-cü ildə bank 6,62 milyon manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 4,2% azalaraq 15,11 milyon manat, faiz xərcləri isə 27,4% azalaraq 2,27 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 2,61 milyon manata ( illik müqayisədə 11,8% çox), qeyri-faiz xərcləri isə 8,82 milyon manata ( illik müqayisədə 4,7% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 5,65 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 13% və ya 829,9 min manat azdır.

Bu ilin yanvar ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 9% və ya 16,44 milyon manat artaraq 200,97 milyon manata çatıb. Ötən il "Bank Avrasiya"nın kredit portfeli (müştərilərə verilmiş xalis kreditlər) isə 1,09 milyon manat azalaraq 123,03 milyon manata bərabər olub.

Bu dövrdə "Bank Avrasiya"nın cəmi öhdəlikləri 116,3 milyon manat təşkil edib ki, bu da 2023-cü ilə nisbətən 12% və ya 12,2 milyon manat çoxdur. Bankın ümumi depozit portfeli isə bu dövrdə 30% artaraq 63 milyon manata çatıb.

2025-cü il yanvarın 1-nə "Bank Avrasiya"nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 5,2% və ya 4,2 milyon manat artaraq 84,64 milyon manat təşkil edib.

Избранный
2
2
apa.az

3Источники