RU

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

2024-cü ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən 34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 6,3 % artıb.

Ötən il alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 %-i ərzaq məhsullarının, 4,4 %-i içkilər və tütün məmulatlarının, 14,5 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 %-i avtomobil benzini və dizel yanacağının, 4,8 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,9 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat ilində qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki illə müqayisədə real ifadədə 3,9 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.

Hesabat dövründə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,6 %, fərdi sahibkarlar üzrə 1,8 %, bazar və yarmarkalarda isə 3,4 % artıb.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508 manatlıq, o cümlədən 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları alıb.

Избранный
3
15
bakivaxti.az

10Источники