RU

Suriyanın xarici işlər naziri Türkiyəyə təşəkkür edib

Suriyanın

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani canlı yayımda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına təşəkkür edərək Türkiyənin tarixin doğru tərəfində olduğunu vurğulayıb.

Xalqcəbhəsi.az Türkiyənin “ahaber.com.tr” saytına istinadən bildirir ki, Türkiyə ilə Suriya münasibətlərinin gələcəyini şərh edən Ə.H.Şeybani, “Türkiyə ilə Suriya arasındakı əlaqələr keyfiyyətli əlaqələr olacaq" deyib.

Həmçinin Türkiyənin təhlükəsizliyinin Suriyanın təhlükəsizliyi olduğunu deyən Şeybani terrora qarşı tez hərəkətə keçəcəklərini vurğulayaraq “Biz təhdidlərlə mübarizə aparmağa çalışırıq və müsbət nəticələr gözləyirik” deyə qeyd edib.

Избранный
5
xalqcebhesi.az

1Источники