RU

XİN: "Azərbaycan Qəzzada atəşkəs və girov razılaşması elanını alqışlayır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrail və HƏMAS arasında əldə olunan atəşkəslə bağlı bəyanat yayıb.
Oxu.Az xəbər verir ki, bəyanatın mətni Azərbaycan XİN-in "X" səhifəsində dərc edilib.
"Azərbaycan Qəzzada atəşkəs və girov razılaşması elanını alqışlayır. Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcəklər və əzablara son qoyulacaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - deyə mətndə qeyd olunur.
Избранный
3
oxu.az

1Источники