RU

“Araz-Naxçıvan” və “Şuşa”da yeni futzalçılar

Futzal üzrə Azərbaycan çempionatında mübarizə aparan “Araz-Naxçıvan” və “Şuşa” klubları heyətlərinə yeni oyunçular cəlb ediblər.

Arena.az xəbər verir ki, qış fasiləsi zamanı baş məşqçi postunda Yevgeni Kukseviçi gətirən “Araz-Naxçıvan” çalışdırıcının istəyi əsasında heyətini gücləndirmək istiqamətində işlər görür.

Son çempion bu günlərdə 3 futzalçı ilə anlaşıb. Vaxtilə millimizin də formasını geyinmiş Amir Şocaei yenidən “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. Roman Adamov isə Rusiya çempionatından ölkəmizə gəlib. 34 yaşlı hücumçu “Volqa” klubunda çıxış edib. Mateus Henrike də hücumçudur. Braziliyanın “Marreko” klubundan dəvət olunan futzalçının 26 yaşı var. Hər 3 oyunçu ilə “5 ay+1 il” müddətinə anlaşma əldə olunub.

Əvəzində Qüdrət Qasımzadə və İmaməli Hüseynov “Yasamal Bakı”ya icarəyə verilib.

“Şuşa” da transfer pəncərəsinin açıqlamasından maksimum istifaə etməyə çalışır. Sözügedən klub artıq 4 futzalçı ilə anlaşıb.

“Neftçi” İK-dan ayrılan Nüsrət Fərzəli və Sadegh Javiditabar mövsümün qalan hissəsini “Şuşa”nın heyətində keçirəcəklər. Onlardan başqa, Emil İsrafilov və Xalid Səfərov də bu komandaya keçib. Hər iki futzalçı “Yasamal Bakı”da çıxış edirdi.

Yeni gələnlərlə bərabər komandadan ayrılanlar da var. Elvin Qasımov, Feruz Həsənov, Ceyhun Nağıyev və Sabir Hacıəliyev başqa klublarda çıxış edəcəklər.

Xatırladaq ki, “Şuşa” 8 oyundan 6 xal toplayıb və Yüksək Liqanın turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Araz-Naxçıvan” isə 16 xalla 3-cüdür. Yüksək Liqanın yarış cədvəlinə 8 oyunda 22 xal toplamış və məğlubiyyətsiz irəliləyən “Baku Fire” liderlik edir.

Избранный
15
arena.az

1Источники