"Son bir həftədə Şimali İraq və Suriya da daxil olmaqla, ölkə daxilində və sərhəddən kənardakı əməliyyatlarda 62 terrorçu zərərsizləşdirilib".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin mətbuat konfransında məlumat açqlanıb.
Bildirilib ki, bununla da 2024-cü ilin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayı 3226-ya çatıb: "Habelə, Son bir həftədə 107 nəfər sərhədi qanunsuz keçməyə cəhd edərkən yaxalanıb. Tutulanlardan birinin terror təşkilatı üzvü olduğu müəyyən edilib. Bundan əlavə, həftə ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində 21 min 310 qram narkotik vasitə götürülüb"
Firudin Səfərli
MİA.AZ.