RU

“Super varlıların oliqarxiyası ABŞ demokratiyasını təhdid edir” – Bayden

ABŞ Prezidenti Co Bayden çərşənbə günü prezident kimi xalqa son müraciətini edib. Co Bayden amerikalılara xəbərdarlıq edib ki, Amerika demokratiyası böyük nüfuz və güc qazanan super varlıların oliqarxiyası tərəfindən təhdid edilir.

Bayden Oval Ofisdən amerikalılara deyib: "Mən çox narahat olduğum bəzi şeylər barədə ölkəni xəbərdar etmək istəyirəm. Bu, hakimiyyətin çox az sayda super zəngin insanların əlində cəmləşməsi təhlükəsidir".

Donald Trampın prezidentlik inauqurasiyasından cəmi beş gün əvvəl danışan Prezident Bayden müraciətində seçilmiş prezidentin adını çəkməsə də, şərhçilərin fikrincə, onun eyhamı aydın idi. Milyarder İlon Maskın Hökumətin Səmərəliliyi İdarəsinin rəhbəri kimi Donald Tramp administrasiyası üzərində görünməmiş təsir gücünə malik olacağı gözlənilir.

Vida nitqində Co Bayden “texno-sənaye kompleksinin” sosial mediaya nəzarət etdiyinə inandığını vurğulayaraq, "azad mətbuat dağılır, redaksiya heyəti yoxa çıxır, sosial media şirkətləri fakt yoxlamaqdan imtina edir", deyə təssüflənib.

Eyni zamanda, Prezident Amerika demokratik təsisatlarının ölkənin çiçəklənməsini təmin edə biləcəyinə əminliyini ifadə edib: "Bizim güc bölgüsü, nəzarət və tarazlıq sistemimiz mükəmməl olmaya bilər. Lakin o, demokratiyamızı 250 il, daha uzun müddət təmin etdi”.

“AzPolitika.info”

Избранный
8
azpolitika.info

1Источники