RU

Fransa hökuməti müsəlman məktəblərini bağlayır

Fransa Müsəlman İbadət Şurası (CFCM) bu ölkədəki bir neçə özəl müsəlman məktəbinin fəaliyyətinə təsir edən inzibati qərarlardan sonra “dərin ədalətsizlik və ayrı-seçkilik hissi” ifadə edib.

Xezerxeber.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Şuranın yanvarın 15-də yaydığı bəyanatda Lilldəki Averroes Liseyi və Liondakı Al Kindi məktəb şəbəkəsinin Fransanın dövlət orqanları ilə müqavilələrinə birtərəfli qaydada xitam verilməsi sərt tənqid edilib.

CFCM-ə görə, bu tədbirlər mənfi təsirə məruz qalmış icmalar tərəfindən “geniş şəkildə qeyri-mütənasib və əsassız kimi qəbul edilir”. Şura qeyri-bərabər rəftarla bağlı narahatlıqları vurğulayaraq, oxşar vəziyyətlərdə digər qurumlara göstərilən yumşaq münasibətə diqqət çəkib. “Məsələn, dini zəmində bir çox mübahisələrə səbəb olan Stanislas de Paris liseyi müqayisə edilə bilən sanksiyalarla üzləşməyib", -deyə bəyanatda qeyd olunub.

Müsəlman icması bildirib ki, bu addımlar “Fransada müsəlmanlara qarşı ümumiləşdirilmiş şübhələrin daha geniş və narahatedici tendensiyası” kimi gündəmə gəldiyi bir vaxta təsadüf edir. CFCM xəbərdarlıq edib ki, "separatizm" və "kommunitarizm" kimi terminlər çox vaxt bütün müsəlman icmasını gözdən salmaq üçün alətə çevrilir.

Şura, eyni zamanda, məhkəmənin İbn-Sina Kollecinin bağlanması qərarını ləğv etdiyi Nitsadakı son hüquqi qələbəyə istinad edərək, bağlanan məktəbləri qanuni yollar vasitəsilə ədaləti bərpa etməyə çağırıb. “Bu nümunə onu göstərir ki, ədliyyə sistemi bu qurumların hüquqlarını müdafiə etmək üçün vacib və təsirli bir vasitə olaraq qalır”, -deyə bəyanatda vurğulanır.

CFCM Fransanın dövlət orqanlarını gərginliyi artırmamaq və icmaları daha da təcrid etməmək üçün “ədalətli, mütənasib və müəyyən edilmiş faktlara əsaslanan qərarlar qəbul etməyə” çağırıb.

Избранный
6
6
xezerxeber.az

7Источники