RU

Azərbaycan iqtisadiyyatı 4%-dən çox böyüyüb

2024-cü ildə Azərbaycanda 126,3 milyard manatlıq və yaxud 2023-cü illə müqayisədə 4,1% çox ümumdaxili məhsul (ÜDM) istehsal olunub.

hakimiyyet.az-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata görə, son bir ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3%, qeyri-neft-qaz sektorunda isə 6,2% artıb.

ÜDM istehsalının 35,9%-i sənaye, 10,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 6,7%-i tikinti, 5,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9%-i informasiya və rabitə sahələrinin, 19,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8%-ni təşkil edib.

Ötən il əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 12 382,5 manat olub.

Избранный
2
15
hakimiyyet.az

10Источники