2024-cü ildə buğda səpin sahəsi ötən illə müqayisədə 15,55 azalaraq 505,5 min hektar ərazini əhatə edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Ümumilikdə 941,7 min hektar sahədə payızlıq bitkiləri səpilib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Səpinlərin 505,5 min hektarı buğda, 426,6 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür.
"Ən çox buğda bitkisi Cəlilabad (47,0 min ha), Şamaxı (28,0 min ha), Füzuli (25,2 min ha), Hacıqabul (23,2 min ha), Şəki (21,9 min ha), Ağcabədi (21,0 min ha), İsmayıllı (20,1 min ha) və Qobustan (14,3 min ha) rayonlarında, ən çox arpa bitkisi Şəki (38,1 min ha), Kürdəmir (33,6 min ha), Neftçala (26,6 min ha), Biləsuvar (24,1 min ha), Ağsu (19,6 min ha), Qobustan (14,8 min ha) və Cəlilabad (13,4 min ha) rayonlarında səpilib", - məlumatda deyilir.
Hesabat dövründə buğdanın səpin sahəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,5% azalıb, arpa səpinində isə bu 2,3% artıb.
Ümumilikdə, Azərbaycana buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb.
2023-cü ildə Azərbaycana buğda idxalı 1 milyon 175,341 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1% azdır.
Hazırda Azərbaycanda buğdaya olan tələbatın 62% yerli istehsal hesabına ödənilir. Qalan hissə Ukrayna, Rusiya və Qazaxıstandan idxal edilir.
Gülnar Nazimqızı
www.anews.az