RU

Natiq Cəfərli: “Ay hökumət, bu ki telefon, televizor, avtomobil deyil, bacarığınız çatıb istehsalını təşkil edə bilməyəsiniz”

“Rəsmi məlumata rast gəldim: Azərbaycan Mərakeşdən plastik qap alışını bərpa edib. Yəni əvvəl də alırdıq, sonra bir müddət almamışıq, indi yenidən Mərakeşdən plastik qap alışını bərpa etmişik. Ayıbdır, ay hökumət, yer haqqı, göy haqqı ayıbdır. Plastik qab neftin emalından alınır, bunu da Mərakeşdən idxal edirik. Ay hökumət, bu ki telefon, televizor, avtomobil, kosmik avadanlıq, kompüter deyil, bacarığınız çatıb istehsalını təşkil edə bilməyəsiniz. Adi plastik qablardır, normal iş adamlarına imkan versəniz, onlara maneə olmasanız, Azərbaycanda istehsalını çoxdan təşkil edib, öz xammalımızla daxili təlabatı ödəyə, hətta ixrac da edə bilərdik”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“İndi isə bu bəsit məhsulda belə Mərakeşə möhtacıq. Çox güman, bu ölkə xammalı İtaliyada neft elamı zavodlarından alır, o zavodların xam nefti isə Azərbaycandan gedir. Yəni biz xam nefti İtaliyaya satırıq, onlar emal edir, 100 cür məhsul istehsal etmək, əlavə dəyər yaradan istehsal üçün yararlı məhsullar alır, sonra onu ucuz işçi qüvvəsi olan Mərakeşə göndərir, onlar da plastik qap istehsal edib Azərbaycana satırlar. Bax, belə bir sistem qurublar, xammal kimi nefti satıb, ondan alınan 100 cür məhsulu satdığımızdan 10 qat baha xaricdən alırıq…”, – iqtisadçı bildirib.

Избранный
2
3
tribunainfo.az

4Источники