RU

İran proksiləri də İsrailə zərbələri dayandırır – Husilər bəyanat yaydı

İsraillə HƏMAS arasında razılıq əldə ediləndən sonra İranın regiondakı proksi qüvvələri də İsrailə qarşı zərbələri dayandırdıqlarını elan etməyə başlayıblar.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Yəmən husiləri İsrail ərazilərini atəşə tutmağı dayandırdıqlarını açıqlayıblar.

Qrupun sözçüsü İsrail və HƏMAS arasında atəşkəs razılaşmasına əməl edəcəklərini bildirib. Qeyd olunub ki, yanvarın 19-u İsrail ərazisinə doğru atışlar dayandırılacaq.

Eyni zamanda, husilər İsrailin “bölgədə sabitlik və təhlükəsizliyə təhdid olmağa davam etdiyini” bildiriblər. Husilərin ardınca İraqın iranpərəst silahlı qruplaşması olan “Hizbullah əl-Nucaba” da yəhudi dövləti ilə HƏMAS arasında razılaşmadan sonra İsrailə qarşı hücumları dayandıracağını açıqlayıb. Bu barədə qrupun baş katibi Əkrəm əl-Kaabi məlumat verib.

“Hizbullah əl-Nucəba” Suriya və İraqda xüsusilə fəal olan İraq şiə silahlı qruplaşmasıdır. 2013-cü ildə Suriyada Bəşər Əsədi dəstəkləmək üçün Əkrəm əl-Kaabi tərəfindən yaradılıb. Qrupa İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds xüsusi təyinatlı bölməsi nəzarət edir.

“AzPolitika.info”

Избранный
3
1
azpolitika.info

2Источники