NATO Ukraynaya alyansa qoşulmaq üçün rəsmi dəvət göndərməlidir.
KONKRET.az xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib: “Bu gün mən Polşa Prezidenti, Ukraynanın qonşusu və əvvəldən Ukraynaya yardımda iştirak etmiş biri kimi birmənalı olaraq NATO ölkələrinin Ukraynaya Şimali Atlantika Alyansına dəvət göndərməsinin tərəfdarıyam. Bu, Ukraynanın NATO-ya qəbulu ilə bağlı rəsmi addım olmalıdır”.
Vəli Həsənoğlu,
KONKRET.az