RU

“Həmas üçün qələbə, sionist rejimin məğlubiyyəti”: İran atəşkəsi necə qiymətləndirdi?

Qəzzada atəşkəsin əldə olunduğunun elanından sonra İran ilk şərhini verib. Atəşkəs razılaşmasını fələstinlilərin qələbəsi, İsrailin isə məğlubiyyəti kimi qiymətləndirən İran Qəzzanın yenidən qurulmasına dərhal başlanılmasını istəyib.

Sherg.az xəbər verir ki, İran HƏMAS və İsrail arasında əldə olunan atəşkəs və girov razılaşmasını fələstinlilərin “qələbəsi”, İsrailin isə “məğlubiyyəti” hesab edib.

Bəyanatda vurğulanıb ki, Qəzzada keçirdiyi hərbi əməliyyatlar zamanı “ən ağır cinayətləri törədən, minlərlə qadın və uşağı öldürən” İsrail məğlub olub.

İran Xarici İşlər Nazirliyi “Qəzzada soyqırım və qətliamların tamamilə dayandırılması, işğalçıların tamamilə geri çəkilməsi və Qəzza zolağına yardımın dərhal və geniş şəkildə çatdırılması da daxil olmaqla, razılaşmaların tam şəkildə həyata keçirilməsinə” çağırıb.

İrandan başqa bir çağırış da Qəzzanın yenidən qurulmasına dərhal başlanılması olub.

İnqilab Keşikçiləri Korpusu da eyni şəkildə atəşkəs razılaşmasını fələstinlilər üçün qazanc kimi qiymətləndirib.

"Müharibənin başa çatması və atəşkəsin tətbiqi Fələstin üçün aşkar və böyük qələbədir, eyni zamanda dəhşətli sionist rejimi üçün daha böyük bir məğlubiyyətdir”, - Keşikçilər bəyanatında bildiriblər.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf da atəşkəs rejimini alqışlayaraq, bunun “sionist rejimin öz strateji məqsədlərinə nail ola bilməməsinə” səbəb olduğunu bildirib.

Qalibaf “cinayətkar rejimi cəzalandırmaq və Fələstin xalqının yaralarını sağaltmaq” üçün hərəkətə keçməyə çağırıb.
Избранный
5
sherg.az

1Источники