RU

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın monitorinqi üzrə həmməruzəçisi Lize Kristofersen (Norveç) və siyasi məhbuslar üzrə baş məruzəçisi Torhildur Sunna Evarsdottir (İslandiya)  tanınmış azərbaycanlı vətəndaş fəalı Bəxtiyar Hacıyevin barəsində hökmdən dərin narahatlıqlarını ifadə ediblər.

“Cənab Hacıyevi 10 il müddətinə azadlıqdan məhrum edən, Bakıdakı mənzilini və bank hesablarındakı pul vəsaitlərini müsadirə edən və azad edildikdən sonra ona təhsil fəaliyyətilə məşğul olmağı qadağan edən Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar tarixli hökmü bizi dərindən sarsıtdı. Bu hökm ədalətsizdir və iddia edilən cinayətlərə uyğun gəlmir”, - onların bəyanatında deyilir.

Hacıyev 2022-ci il dekabrın 9-da həbs edilib və ilkin olaraq xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunub. Daha sonra  ayrılan subsidiyaların məqsədli istifadə olunmaması ilə bağlı iqtisadi cinayətlərdə ittiham olunub. O, bütün ittihamları rədd edərək, onları “tamamən uydurma”  və siyasi motivli adlandırıb. Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus hesab edirlər.

“13 yanvar tarixli hökm qanunun aliliyinin  pozulması ilə təqiblər və cinayət qanunvericiliyindən sui-istifadə vasitəsilə "hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin özbaşına həbsinin həyəcanverici tendensiyasını" təkrarlayır”, - bəyanatda qeyd olunur.

“Biz Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində beynəlxalq standartlara uyğun olaraq bu qərara yenidən baxmağa, cənab Hacıyevi və hökuməti tənqid etdiklərinə və/və ya hüquq-müdafiə fəaliyyətlərinə görə qisas almaqdan ötrü həbs edilən digər şəxsləri  dərhal azad etməyə çağırırıq”,-məruzəçilər vurğulayıblar.

Избранный
5
turan.az

1Источники