“Çimnaz xanımın xəstəliyi barədə məlumatım var idi”.
OLAY oxu.az-a istinadən yazır ki, bu sözləri jurnalistlərə açıqlamasında Manaf Ağayev deyib.
“Bir nəfər mənə zəng edib məclis ilə bağlı axtarırdı. Ona qədər xəbərim olmayıb. Zəng edib bunun xəbərini Çimnaz xanıma deyəndə gördüm danışa bilmir. Mənə dedi ki, xəstələnmişəm, amma xahiş edirəm heç kim bilməsin. Deyirdi ki, əməliyyat olmuşam, yaxşıya doğru gedir. Bir həftə əvvəl isə telefon əlaqəmiz oldu. Onda da dedi ki, yaxşıyam xəstəxanadan çıxmışam. Xəstə olduğunu heç kimə deməməyi tapşırmışdı.
Bir də dedi ki, həkimlər mənim başıma oyun açdılar. Amma nə olduğundan xəbərim yoxdu. Xanım olduğu üçün soruşub dərinə getmədim. Beləcə telefon əlaqəmiz olub. Xahiş etmişdi ki, maraqlanan olanda xaricə getdiyini deyim”.
Qeyd edək ki, 43 yaşlı aktrisa Çimnaz Sultanova 15 yanvar tarixində bağırsaq xərçəngindən vəfat edib.