RU

Gedin 6 ay Ukrayna ilə vuruşun... - Rusiya azərbaycanlılara şərt qoydu

Rusiyada qalmaq müddət başa çatan azərbaycanlılar ölkəyə qayıda bilmirlər

Xəzərnews.az xəbər verir ki, bu barədə sosial mediada Rusiyaya işçi miqrant kimi gedən Teymur Abdullayev bildirib.

Onun sözlərinə görə, özü və daha 6 nəfər deportasiya olunsalar da, Vətənə dönə bilmirlər:

"Rusiya gömrüyünə getdik, onlar buraxdılar. Azərbaycan gömrüyündən isə quru sərhədləri bağlı olduğu üçün bizi geri qaytardılar. Hal-hazırda Mahaçqalada polis bölməsindəyik".

T.Abdullayev onu da qeyd edib ki, 20-yə yaxın digər miqrant da məcburi saxlama yerlərindədir:

"Onlar hələ içəridədir, bizi mərhələ-mərhələ sərhədə göndərirlər".

Şikayətçinin sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanları, ölkədə qalmaları üçün onlara qəbuledilməz şərt təklif edib:

"Bizə şərt qoyurlar ki, əgər Azərbaycan qəbul etmirsə, müqaviləyə qol çəkin, gedin 6 ay Ukrayna ilə vuruşun. Əgər ölsəniz, kart açıb hər ay ailə-uşaqlarınıza pul göndərəcəyik. Ölməyib qayıtsanız, avtomatik vətəndaşlıq verəcəyik. Döyüşdüyümüz müddətdə bizə 4 milyon rus pulu təklif edirlər. Hətta tərcüməçi olmasaydı, bizə artıq müqaviləyə qol çəkdirirdilər".

T.Abdullayev qeyd edib ki, hazırda onlara bölmənin həyətində suvaq işi gördürürlər: "Uçuq binalar var, onları təmir edirik. Azərbaycan qəbul edənə kimi burdayıq".

Xəbər 1 dəfə oxunub.
Избранный
6
2
xezernews.az

3Источники