RU

“Bir ölən qadını söyməkdirmi əxlaq?”

Müğənni Elvin Mirzəzadə mərhum aktrisa Çimnaz Sultanova ilə bağlı mənfi şərh yazanlara etiraz edib. 

OLAY yazır ki, bu barədə  sosial media hesablarında fikirlərini yazıb:

“Bu xanım aktrisa Çimnaz Sultanova idi. Azərbaycanda ən çətin işlərdən biridir aktrisa və ya aktyor olmaq. Çətin olmasının çox səbəbi var, amma ən başlıcası qazancdır, maddiyatdır. Teatr desən minimal maaş, kino çəkilişi desən ildə-ayda 1 dəfə, o da olsa. Serial çəkilişlərinə isə hamı dəvət olunmur. Olunsalar belə, qonorarı azdır. Ümumiyyətlə aktrisa olsun, ya olmasın bir tək qadının özünə baxması, aydan-aya keçməsi, normal bir ömür sürməsi, xülasə yaşaması, bir yolla ayaqda qalması üçün normal pul lazımdır. Rifahın zəif olması isə insanı çox şeyə vadar edə bilir. Düzdür heç nə mental cəmiyyəti olan, əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkədə bir qadının başqa yollara əl atmasına haqq vermir. Heç mən də bəyənmirəm və dəstəkləmirəm də. Amma kimisə buna görə qınamıram. İndi bu qadın qazana bilməyib və üz tutub eskortluğa. Porno foto-videolarını pulla satıb, pulla kimləsə yatıb, sənin gözün niyə yanır? Sənin bədənini satıb? Yoxsa o, pulsuz olanda aparıb pulla təmin eləmisən? Nədir bu aqressiya? Bir xəbərin altında bir ölən qadını söyməkdirmi əxlaq? Axı siz nə qədər idealsız? Hamı mükəmməl həyatla müjdələnməyib. Hər fərd ayrı tale yaşayır. Kimisə söyməzdən, qınamazdan əvvəl çönüb baxın siz nə qədər günahsız və mükəmməl insansınız. Nə qədər haqqınız var sağ ikən yaşayışından xəbəriniz olmayan bir eskortu öləndən sonra qınamağa? Məncə, fahişəlik eskortluq deyil. İnsanın ruhu fahişə olmasın gərək. Məsələn, qulağıma çatır ki, arxamca olmayan şeylər danışan adamlar var. Bax, onlar əsl fahişə südü içənlərdir. Onlar əsl fahişədirlər. Öz çirkin eqonuzu bir ölən qadını söyməklə tətmin etməyin. Ayıbdır. Qadın ölüb! Yoxdur həyatda!”.

Избранный
7
1
olay.az

2Источники