RU

Fransa Ukrayna üzrə sülh danışıqlarında iştirak etməkdə israrlıdır

“Fransa Avropa təhlükəsizliyi ilə bağlı istənilən danışıqların bir hissəsi olmalıdır. Hazırda Ukraynada baş verənlər bu ölkənin ərazi bütövlüyünə aid olsa da, Avropanın birbaşa təhlükəsizlik maraqlarına toxunulur”.

“İki sahil” xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.

Qeyd edək ki, bundan öncə “The Telegraph” qəzeti Fransa Prezidenti Emmanuel Makronun fransalı hərbçilərin sülhməramlı qüvvə kimi Ukraynaya göndərilməsi məsələsini müzakirə etdiyini yazıb.

Избранный
6
3
ikisahil.az

4Источники