“İŞİD – Xorasan” terrorçu qruplaşması öz təbliğat platformasında bu il potensial hücum hədəflərini açıqlayıb
Musavat.com xəbər verir ki, siyahıya Almaniyanın Münhen şəhərində keçirilən Oktoberfest, Venesiya Karnavalı, Kann Film Festivalı və Vyanada keçirilən opera balı daxildir.
Bu terror təhdidi bir neçə gün əvvəl “İŞİD – Xorasan”ın “Əl-Əzayim Media” adlı yayım platformasında dərc edilib.
Əvvəlki dövrlərdə "Vilayət Xorasans" qruplaşması Moskvada "Krokus Siti Hall"da baş vermiş terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
Musavat.com