RU

ABŞ  Rusiya və Çinə qarşı yeni sanksiya tətbiq etdi

Vətəninfo.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın maliyyə, müdafiə və enerji sektorlarından 100-ə yaxın hədəfə qarşı sanksiyaları yenidən elan edib.

Nazirlik açıqlamasında bildirib ki, həssas mallar üçün ödənişləri asanlaşdırmaq üçün Rusiya və Çindəki aktyorlar arasında qurulmuş sanksiyadan yayınma planı üzrə tədbir görülüb.

Bu çərçivədə sözügedən plana daxil olan Rusiyadan 6 qurum və 1 nəfər, Çindən isə 9 qurum sanksiya siyahısına salınıb.

Açıqlamada həmçinin Rusiya səlahiyyətliləri ilə koordinasiya aparan Qırğızıstanda yerləşən maliyyə qurumu Keremet Bankın və ABŞ-ın sanksiyalardan yan keçməsi üçün sanksiya tətbiq etdiyi bir bankın da hədəfə alındığı və hazırda sanksiya altında olan 100-ə yaxın qurumun, Rusiyanın maliyyə, müdafiə və enerji sektorlarındakı əməliyyatları asanlaşdırdıqlarına görə yenidən siyahıya alındığı qeyd edilib.

Açıqlamada vurğulanır ki, yeni sanksiya tətbiq edilmiş qurumlardan hər hansı biri üçün və ya onların adından bilərəkdən əhəmiyyətli əməliyyatlarda vasitəçilik edən xarici şəxslər məcburi ikinci dərəcəli sanksiyalara məruz qala bilərlər.

ABŞ Dövlət Departamentinin həmçinin Rusiyanın müxtəlif müdafiə sənayesi şirkətləri və hərbi sənaye bazasını dəstəkləyənlər də daxil olmaqla 150-dən çox qurum və şəxsə qarşı sanksiya tətbiq etdiyi bildirilən açıqlamada bugünkü sanksiyaların Rusiyanın ABŞ-dan yayınma səylərini dəstəkləməyə davam edən, başda Çin olmaqla, bir çox ölkədən şirkətləri əhatə etdiyi ifadə edilib.

Açıqlamada qiymətləndirmələri yer alan ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo hazırda atılan addımların Rusiyanın ABŞ sanksiyalarını pozmasına və Ukraynadakı müharibə üçün silah istehsal etmək üçün lazım olan mallara çatmasına mane olduğunu vurğulayıb.
Adeyemo qeyd edib ki, ikinci dərəcəli sanksiyaların genişləndirilməsi Rusiyanın gəlir və mallara çıxış imkanlarını azaldacaq.

Избранный
1
2
veteninfo.az

5Источники