RU

Rusiyadan sərt açıqlama: “Yeni imperiya yaranır, Ermənistan da...”

İrəvanla Vaşinqton arasında imzalanan strateji əməkdaşlıq müqaviləsi, həmçinin yeni seçilən ABŞ prezidentinin ölkəsinin təsir imkanlarını genişləndirmək üzrə iddialı planları Donald Trampın Rusiyanın ən ciddi rəqiblərindən birinə çevrilə biləcəyindən xəbər verir.

Teleqraf.com xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolyov deyib.

Deputat bu vəziyyəti Rusiyanın Cənubi Qafqazdakı maraqları üçün “son dərəcə təhlükəli” adlandırıb və belə razılaşmaların Moskvanın geosiyasi maraqlarına zidd olduğunu bildirib:

“Əlbəttə, bu, Rusiyanın Cənubi Qafqazdakı maraqlarını təhdid edir. Çünki Tramp həmişə yıxılan Bayden deyil, o, indi ABŞ-də hakimiyyətdədir. Tramp Amerikanı böyütmək istəyən bir insandır və bu böyüklük bizə qətiyyən lazım deyil. Ermənistana daxil olması onun mütləq bizim düşmənimiz olacağına dair ilk siqnaldır, yəqin ki, ən ciddisindən.

Ermənistan artıq belə bir müqaviləni imzalayıbsa, onun Rusiyaya qarşı çevrilməsi riskləri var. Yeri gəlmişkən, Blinkenlə yeni dövlət katibi (Mark Rubio) arasında Ukrayna məsələsində konkret fikir ayrılığı yoxdur, ona görə də Trampa bağladığımız ümidləri puç etməyə dəyər. Artıq Tramp deyib ki, Kanada və Qrenlandiya ABŞ-nin bir hissəsidir, çox ciddidir.

Əslində, o, imperiya yaradır. Bu, bizim milli maraqlarımıza kökündən ziddir. Əlbəttə, Ermənistanda NATO bazaları yerləşdiriləcək və qoşunlarımız oradan çıxarılacaq. Bizim hərbi bazalarımız Gümrü və İrəvanda yerləşir. Bu, çox ciddidir. Bütün cənub istiqaməti gücləndirilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
5
teleqraf.com

1Источники