RU

Urmu gölünə görə yenə vəd verildi

Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani əyalətin Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbərliyi ilə görüş keçirib.

Görüşdə Urmu gölünün vəziyyətinə toxunan vali, mövcud mkanların ekoloji problemin həlli və gölün qurumasının qarşısının alınması üçün səfərbər edilməsini istəyib.

Urmu gölünün bərpasının prioritet olduğunu deyən Rəhmani. bunun reallaşması üçün bütün imkanlardan istifadə ediləcəyini deyib.

"İnsanların Urmiya gölünə olan hissləri diqqətdən kənarda qalmamalıdır, əyalətdəki bütün tədbir və səylərin nəticəsi gölün dirçəlməsinə və insanların ona olan nostalji hisslərinin qayıtması ilə nəticələnməlidir",- vali əlavə edib.

Urmu gölü hövzəsində müxtəlif heyvan və bioloji növlərin unikal olduqlarını deyən Rza Rəhmani, onların qorunması və gölün bərpası üçün səy göstərəcəyinə spz verib.

Qeyd edək ki, hazırda su, səviyyə və sahəsinə görə ekoloji normadan dəfələrlə aşağı səviyyədə olan Urmu gölünün bərpası ilə bu günə kimi verilən vədlər yerinə yetirilməyib.

Bundan əvvəl Həsən Ruhani və İbrahim Rəisi də Prezident seçkiləri ərəfəsindəUrmu gölünün bərpasının prioritet olduğu barədə iddialar səsləndirblər.

Hər iki Prezident seçildikdən sonra gölün bərpas ilə verdikləri vədləri unudub, bərpa işləri ilə bağlı tədbirlər yarımçıq qalıb.

Məsud Pezeşkianın da seçki qabağı təbliğat kampaniyasında azərbaycanlılara verdiyi 5 vəddən biri Urmu gölünün bərpası olub.

visiontv.az



Избранный
8
visiontv.az

1Источники