Ermənistanın qərarı ilə Üçtərəfli İşçi Qrupun işi dayanıb...
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, qərblilərin destruktiv fəaliyyətinə görə, Ermənistan tərəfinin qərarı ilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyaların açılması ilə məşğul olan üçtərəfli işçi qrupun işi dayanıb.
Zaxarova 9 noyabr 2020-ci il tarixli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli razılaşmada nəqliyyat kommunikasiyaların açılması ilə bağlı müddəanın əsas olduğunu qeyd edib.
"Məhz bu məntiq Rusiya, Azərbaycan və Ermənistan baş naziri müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupun əsasını təşkil edir. İşçi qrup çərçivəsində əhəmiyyətli praktik nəticələrə nail olunub. Üçtərəfli işçi qrupun işində heç vaxt Ermənistanda hansısa eksterritorial dəhlizin yaradılmasından söhbət getməyib, əksinə, razılaşdırılıb ki, tərəflər öz ərazilərindən keçən dəhlizlər üzərində suverenliyə malikdikdirlər. Təəssüflər olsun ki, qərblilərin destruktiv fəaliyyətinə görə, Ermənistan tərəfinin qərarı ilə üçtərəfli işçi qrupun işi dayanıb. Biz bu barədə dəfələrlə demişik. Əminəm ki, üçtərəfli işçi qrupun işinin tezliklə tam bərpa olunması təkcə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyaların bərpasının deyil, həm də gələcək də regionun sosial iqtisadi inkişafını təmin edəcək. Öz tərəfimizdən bir daha təsdiq edirik ki, Azərbaycan və Ermənistandan olan tərəfdaşlarımıza vasitəçilik etməyə hazırıq", - Rusiya XİN sözçüsü fikrini yekunlaşdırıb.
Poliqon.info