RU

Estetik əməliyyatlar ASILILIQ YARADIR, yoxsa gözəllik "QURBAN" tələb edir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son günlər uğursuz estetik əməliyyatların və ölüm faktlarının gündəmə gəlməsi ortaya bir sıra suallar çıxarıb. O suallardan biri də budur: estetik əməliyyatlar psixoloji asılılıq yaradır?
Oxu.Az mövzu ilə bağlı psixoloq Elmir Əkbərin fikirlərini öyrənib.
O qeyd edib ki, psixologiyada "estetik əməliyyatlardan asılılıq" deyilən bir anlayış var:
"Yeniyetmə və erkən gənclik dövründə daha çox müşahidə edilən bu asılılığa dismorfofobiya (insanın zahiri görünüşündən qeyri-adekvat narazılığı - red.) deyilir. Belə şəxslər öz xarici görünüşlərində asimmetriya axtarırlar. Halbuki asimmetriyanın olması normal bir haldır. İnsanın sağ və sol tərəfi tamamilə simmetrik ola bilməz. Yaxud da qüsur olmadığı halda qüsur axtarırlar, xırda nüansları gözlərində böyüdürlər. Vicdanı yerində olmayan bəzi həkimlər bu şəxsləri müayinəsiz cərrahiyyə əməliyyatına qəbul edirlər. Nəticədə insan qane olmur, eyni əməliyyat üçün dəfələrlə həkimin yanına geri qayıdır. Həmin şəxsin problem zahiri görünüşündə deyil, düşüncələrində və təfəkküründədir".
Psixoloq vurğulayıb ki, dünyanın inkişaf etmiş ölkələrində cərrahi əməliyyatdan öncə şəxslər psixoterapevt müayinəsindən keçirlər:
"Bu müayinə əməliyyatdan sonra əsassız narazılıqların yaranmaması üçündür. İnsan əməliyyat keçirir, qəfildən güzgüdə özünü başqa cür görür. Gördüyü ikinci sima birincidən daha yaxşı olsa belə, şəxs özünü qorxuya salır. Əməliyyata getmədən öncə insanın adekvat gözləntiləri olmalıdır. Dismorfofobiya bəzi hallarda dismorfomaniyaya (bədənin ayrı-ayrı
hissələrinin eybəcər və ya ölçülərinin dəyişməsi kimi qavranılması - red.) çevrilir. Belə olan situasiyada insan dəfələrlə cərrahi əməliyyata müraciət edir. Məhz buna görə də əməliyyatı icra edən həkimin kifayət qədər savadı və vicdanı olmalıdır ki, yanına gələn pasiyentləri psixoterapevt müayinəsindən keçirib sonra əməliyyata aparsın".
Məhərrəm Əliyev
Избранный
15
50
oxu.az

10Источники