RU

Azərbaycan-Gürcüstan münasibətlərində humanitar sahəyə diqqət vacib yer tutub - Nazir

Azərbaycan-Gürcüstan münasibətlərində humanitar sahəyə diqqət həmişə vacib yer tutub. Mədəniyyət, elm və təhsil sahələrində əldə olunmuş nailiyyətlər böyük məmnunluqla qeyd olunur.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən mətbuat konfransında deyib.

Nazir, həmçinin bildirib ki, 2 dövlət üçün Cənubi Qafqazda Azərbaycan-Ermənistan post-münaqişə dövründə təhlükəsizlik əsas mövzulardan olub.

"Ermənistan tərəfindən torpaqlarımız uzun illər işğal altında saxlanılıb. Torpaqlarımızın uzun müddət işğal altında olmasına baxmayaq, Azərbaycan dövləti Ermənistana bu qanlı münasibətə son qoyaraq, sülh danışıqlarına çağırmışdır. Lakin hazırda əfsuslar olsun ki, Ermənistanda militarizasiya prosesi və revanşist qüvvələrə meyillilik böyük təəssüf doğurur", - nazir vurğulayıb.


Müəllif: Ceyhun Ağazadə
Избранный
11
teleqraf.com

1Источники