![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/11/9/1/f6841424-8411-4545-8075-21bca5f55598/ceyhun-bayramov.jpg)
“Ermənistandakı revanşist meyillər Azərbaycan üçün narahatlıq mənbəyidir”.
Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
“Cənubi Qafqazdakı təhlükəsizlik mühiti, Ermənistan-Azərbaycan postmünaqişə məsələsi də bugünkü görüşün müzakirə mövzusu olub. Azərbaycan-Gürcüstan münasib ətlərini səciyyələndirən amillərdən biri də bir-birimizin ərazi bütövlüyünü dəstəkləməyimizdir. Ermənistanın Azərbaycana münasibətində isə biz bunu deyə bilmərik”, - XİN başçısı vurğulayıb.
C.Bayramov əlavə edib ki, Azərbaycan hərbi güclə beynəlxalq hüququn tələblərini icra etmək məcburiyyətində qalıb: