2025-ci il fevralın 1-dən Qazaxıstanla sərhəddə yerləşən Orenburq vilayətindəki Orsk və Maştakovo avtomobil buraxılış məntəqələrindən nəqliyyat vasitələrinin və yüklərin keçidi müvəqqəti olaraq dayandırılacaq.
News24.az xəbər verir ki, bu barədə “Rosqranstroy”un məlumatında deyilir.
Alimbet və Sırım bitişik buraxılış məntəqələrinin planlı təmirə bağlanması səbəbindən bu keçid məntəqələrindən nəqliyyat vasitələrinin və yüklərin keçidi dayandırılacaq.
Qazaxıstan tərəfinin məlumatına görə, yenidənqurma işləri 16 ayadək müddət ərzində aparılacaq.
Qeyd olunur ki, Orsk və Maştakovo keçid məntəqələrində dövlət nəzarəti prosedurlarının bərpası ilə bağlı əlavə məlumat veriləcək.
Rusiya Dövlət Sərhəd Xidməti bildirib ki, Rusiya-Kazaxıstan sərhədini keçərkən bu məlumatı nəzərə almaq və ya alternativ keçid marşrutlarını, o cümlədən, Svetliy (yalnız Rusiya və Kazaxıstan vətəndaşları üçün), Tyeploe (yalnız Rusiya və Kazaxıstan vətəndaşları üçün), Ilek və Sagarçın keçid məntəqələrini nəzərdən keçirmək tövsiyə olunur".
Aynurə