RU

Beyləqanda qəzaya düşən şəxs tanınmış iş adamı imiş - FOTO

Beyləqan rayonu ərazisində iki minik maşını və yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan  Çavuş Göçər Yunus türkiyəli tanınmış iş adamı imiş.

 Çavuş Göçər Yunus Türkiyədə tanınmış "Eu-Turan" Şirkətlər Qrupunun rəhbəridir. Türkiyədə tekstil işi ilə məşğul olan şirkətlər qrupu bir neçə xarici ölkədə də tanınır. İş adamı Azərbaycana gəzmək üçün gəlibmiş. O azad olunan ərazilərdən qayıdarkən yolda qəzaya düşüb.

İş adamı xəsarətlərlə Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparılsa da, bir müddət sonra Bakıdakı özəl klinikalardan birinə köçürülüb.

Xatırladaq ki, hadisə bu gün günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 124-cü kilometrliyində qeydə alınıb.

"Opel" və "VAZ-2107" markalı minik maşınları toqquşub, idarə etmədən çıxan "VAZ-2107" "Mercedes Atego" markalı yük maşınına çırpılıb. Xəsarət alan iki nəfər - Çavuş Göçər Yunus, Mircəlal Miri oğlu Həbibov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib./TNS

 

Избранный
0
21
7news.az

10Источники