RU

Hər iki qapısı açıq şəkildə hərəkətdə olan 105 nömrəli avtobusla bağlı hansı tədbir görüləcək? VİDEO

Avtobusun hər iki qapısı açıqdır... Nəqliyyat vasitəsində yer olmadığından sərnişinlərin bəziləri arxa və qabaq qapıdan tutunaraq mənzil başına çatmağa çalışırlar...

105 nömrəli  avtobusda qeydə alınan görüntülər "Xəzər Xəbər"in vatsap ünvanına göndərilib.  Bu kadrlar avtobuslarda yaşanan sıxlıq məsələsini bir daha gündəmə gətirir.

Hər gün paytaxtın qəsəbə və kəndlərindən mərkəzə gəlib gedən vətəndaşlar da bunu təsdiqləyir.

Bəziləri sıxlıqla yanaşı avtobuslar arası intervalın çox olmasından da şikayətçidir.

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, "Azlənd plaza" MMC-nin müvəqqəti istismarında olan, "Neftçilər" m/st-nı Balaxanı qəsəbəsi ilə əlaqələndirən 105 nömrəli marşrut xətti üzrə 16 avtobus 10 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Daşıyıcıya marşrut xəttinin nizamlı fəaliyyəti və avtobus sayının sərnişin tələbatına uyğun olaraq tənzimlənməsi barədə tapşırıq verilib.

Avtobusun açıq qapı ilə idarə olunması məsələsinə gəlincə isə...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
11
2
xezerxeber.az

3Источники